18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rüşvət almaqda ittiham ollunan məktəb direktoru vəzifədən azad edilib
Tarix: 27-02-2024 13:37 | Bölmə: Cəmiyyət
Rüşvət almaqda ittiham ollunan məktəb direktoru vəzifədən azad edilib

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

Reyting.az
 xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb.

Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.

Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}