Azərbaycan millisinin sabiq güləşçisi Rusiyada həbs edilib
Tarix: 27-02-2024 15:14 | Bölmə: Cəmiyyət
Azərbaycan millisinin sabiq güləşçisi Rusiyada həbs edilib

Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb.

O, qanunsuz olaraq odlu silah, onların əsas hissələrini, döyüş sursatı satmaqda təqsirli bilinib.

Qeyd edək ki, Cabbar Yusifi 2023-cü ilin martında saxlanılıb. İdmançı qaçmaq istədiyi üçün polislər atəş açmağa məcbur qalıblar. Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Cabbar Yusifidir. Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarıb. Həmin vaxt güləşçinin üzərində tapança aşkarlanıb.

Xatırladaq ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib(Report).




Bölməyə aid digər xəbərlər
28-05-2024, 15:17 KTN-də yeni təyinat olub
24-05-2024, 12:54 MEDİA müsabiqə elan edib
24-05-2024, 12:26 Sabah yağış yağacaq

{sape_links}{sape_article}