12:36 / 14-06-2025
Sabah yağış yağacaq
Bakıda evlərdən silsilə oğurluq edən 28 yaşlı şəxs tutulub
Tarix: 29-02-2024 16:57 | Bölmə: Cəmiyyət
Bakıda evlərdən silsilə oğurluq edən 28 yaşlı şəxs tutulub

Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları 6 evdən oğurluq edən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, həyata keçirilən əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
14-06-2025, 12:36 Sabah yağış yağacaq
13-06-2025, 09:22 Yardımlıda traktor aşıb