18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İrandan Azərbaycana narkotik keçirən tutulub - Foto
Tarix: 12-03-2024 13:17 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana narkotik keçirən tutulub - Foto

Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin hərbçiləri İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıblar.

Reyting.az
DSX-yə istinadla xəbər verir ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb, sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}