Terminaldan 9161 manat oğurlayanlar tutulub - Fotolar
Tarix: 22-03-2024 13:02 | Bölmə: Cəmiyyət
Terminaldan 9161 manat oğurlayanlar tutulub

Goranboy rayonunda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıblar.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadla bildirir ki, Goranboy Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev və Ziyad Namazov saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}