Astara kəndlərinə canavar hücumu: Yaralılar var
Tarix: 29-11-2018 11:47 | Bölmə: Cəmiyyət
Astara kəndlərinə canavar hücumu: Yaralılar var

Astara rayonu, Şuvi və Zəngüləş kəndlərinə canavar hücum edib.

Reyting.az-a bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun bildirdiyinə görə, Zəngüləş kəndindəki hadisə gecə saatlarında baş verib. Bu zaman şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.

Analoji hadisə səhər saatlarında Şüvi kəndində baş verib. Kənd sakini Həbib Əlizadənin sözlərinə görə, bir neçə nəfəri yaralayan canavar sonra meşəyə qaçıb.

Xəsarət alanlar Astara Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir. Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 40 yaşlı Tofiq Əsgərov onu dişləyən canavarı öldürməyə nail olub.

Canavar dişləyən sakinlər arasında azyaşlı Lalə Əsgərova da var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-11-2024, 12:21 Sabah yağış yağacaq
5-11-2024, 12:13 Sabah yağış yağacaq
4-11-2024, 12:37 Sabah yağış yağacaq
4-11-2024, 09:34 Qazax sakini bıçaqlanıb