Deputat: "İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır"
Tarix: 20-05-2024 16:48 | Bölmə: Cəmiyyət
Deputat: "İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır"

"İrsi xəstəliklərin çoxu qohum evliliyi ilə bağlıdır. Bəzən arqument kimi deyirlər ki, qohum olmayanın da xəstə uşağı olur. Qohum olmayan evliliklərdə əngəlli uşaqların doğulması 2-4 faizdir. Amma qohumluq olanda bu göstərici 4-8 faizdən çoxdur".

Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Tamam Cəfərova deyib.

“Bu onu göstərir ki, ölkəmizin genefonduna böyük zərbə dəyir. Ailə Məcəlləsinin 12-ci maddəsində nikahın bağlanmasına mane olan hallar göstərilib. Bu, birinci dərəcəli qohumlar arasında qadağandır. İkinci dərəcəli - xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi? Bunu qanunda yazsaq işləyəcəkmi? O qədər gözəl qanun var, amma işlək mexanizm yoxdur. Bizdə qohum evliliyinə münasibət daşlaşmış streotipdir. Haçansa hansısa formada qanunvericiliyə müəyyən şərtlər daxilində icazə və ya müxtəlif hallarda məhdudlaşdırılma kimi dəyişikliklər edilə bilər. Burada real iş maarifləndirmənin gücləndirilməsi və bunun fəsadlarının cəmiyyətə çatdırılmasıdır", - deputat qeyd edib(Report).




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}