12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Seul Pxenyanın “zibil hücumuna” məruz qalıb
Tarix: 10-06-2024 08:14 | Bölmə: Cəmiyyət
Seul Pxenyanın “zibil hücumuna” məruz qalıb

Şimali Koreya dünən Cənubi Koreya ərazisinə 310 zibil şarı buraxıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Qeyd edilir ki, iyunun 9-dan 10-na keçən gecə Şimali Koreya Cənubi Koreya ərazisinə zibillə doldurulmuş 310-a yaxın hava şarı buraxıb.

“Hazırda havada şar yoxdur. Onlara hər cür zibil – kağız qalıqları, polietilen torbalar və sairlə yüklənib. İlkin analizlərə görə, torbalarda sağlamlıq üçün təhlükəli heç bir maddə aşkar edilməyib”, - Cənubi Koreya hərbçiləri bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər