Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Tarix: 22-06-2024 12:54 | Bölmə: Cəmiyyət
Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirib.

BŞİH-in Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.

İməclik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:15 Sabah yağış yağacaq
21-10-2024, 13:15 Sabah yağış yağacaq
19-10-2024, 12:20 Sabah yağış yağacaq
18-10-2024, 13:01 Sabah yağış yağacaq
17-10-2024, 12:42 Sabah yağış yağacaq
16-10-2024, 15:56 Kür çayında su artıb

{sape_links}{sape_article}