Rusiyada miqrantlarla bağlı tələblər sərtləşir
Tarix: 10-12-2024 17:58 | Bölmə: Cəmiyyət
Rusiyada miqrantlarla bağlı tələblər sərtləşir

Rusiya Dövlət Dumasının deputatları rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan edən qanun layihəsini ilk oxunuşda təsdiq edib.

Reyting.az
"İnterfaks"-a istinadla bildirir ki, bundan sonra miqrantların rus dilini bilmək üçün imtahandan keçməmiş uşaqlarının rus məktəblərinə qəbulu mümkün olmayacaq.

Qanun layihəsinə əsasən, test imtahanları qaydaları ancaq Təhsil Nazirliyinin tərəfindən müəyyən ediləcək.

"İbtidai ümumi, əsas ümumi və yaxud da orta ümumi təhsilin təhsil proqramlarını mənimsəmək üçün kifayət qədər rus dili biliyi üzrə test imtahanından keçməyən şəxslərin bu təhsil proqramlarını birbaşa mənimsəməsinə icazə verilmir", - deyə qanun layihəsində qeyd olunur.

Bundan əlavə, məktəblərə və digər təhsil ocaqlarına qəbul edildikdə, təhsil alacaq hər bir uşağın "Rusiya Federasiyasının ərazisində olmasının qanuniliyinin dəqiq yoxlanılması" aparılacaqdır.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, cari tədris ilinin əvvəli miqrant uşaqların təxminən 41 faizi rus dilində danışamaqda çətinlik çəkir.

Duma sədrinin fikrincə, keyfiyyətli təhsil almaq, həmçinin məktəb kurikulumunu mənimsəmək üçün mütləq şəkildə rus dilini bilmək lazımdır: "Əks halda, rus dilini bilməyən uşaq üçün öyrənmə və sosial adaptasiya prosesləri həddən artıq çətinləşir, sinif yoldaşları və müəllimləri üçün problemlər yaranır. Elə buna görə də ölkəmizə gələnlər rus dilini bilməli, mədəniyyətinə, tarixinə hörmət etməli, eləcə də Rusiya Federasiyasının qanunlarına ciddi əməl etməlidirlər".

Onu da qeyd edək ki, 2024-cü ilin martında "Crocus City Hall"-da Tacikistandan gələn mühacirlərin ittiham olunduğu terror aktından sonra Rusiya hakimiyyəti miqrantların hüquqlarını məhdudlaşdırmağa başlayıb.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
8-12-2024, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq

bütün xəbərlər