Təhsil sektoru əməkdaşının ölüm səbəbi araşdırılır - Yenilənib
Tarix: 24-12-2024 10:20 | Bölmə: Cəmiyyət
Təhsil sektoru əməkdaşının ölüm səbəbi araşdırılır

Qarabağ Regional Təhsil İdarəsinin Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunun əməkdaşı Nəcəf Həsənovun intihar etməsi ilə bağlı məlumat yayılıb.

Reyting.az
xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsi bu məsələyə münasibət bildirib.

İdarənin məlumatında qeyd olunur ki, Nəcəf Həsənov dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib və hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

“Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin başvermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək. İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bəzi KİV-lər Xocalı rayon sakini, 47 yaşlı Nəcəf Həsənovun intihar etdiyini bildirirlər.

İddia olunur ki, N. Həsənov dekabrın 23-də saat 19 radələrində Xankəndi şəhərində müəllimlər üçün ayrılmış binada özünə xəsarətlər yetirərək intihar edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər