18:35 / 17-02-2026
Tiktoker "Renka" saxlanılıb
Milyonlarla insana pulsuz qida verilir
Tarix: 17-02-2026 19:08 | Bölmə: İqtisadiyyat

Milyonlarla insana pulsuz qida verilir

Dünya üzrə milyonlarla insana qida yardımı artıq müvəqqəti dəstəyə deyil, gündəlik zərurətə çevrilib.

Reyting.az xəbər verir ki, ABŞ-nın qeyri-kommersiya və qeyri-partiya tədqiqat mərkəzi "Pew Research Center" mütəxəssislərinin təqdim etdiyi məlumata görə, getdikcə iqtisadi çətinliklərin artması səbəbindən insanların əksəriyyəti artıq öz əsas xərclərini və qida ilə bağlı maddi ehtiyaclarını ödəməkdə çox çətinlik çəkirlər.

Hazırda bu problem qismən də olsa, həllini tapıb. Yeni statistikaya görə, yardımda ən böyük paya sahib ölkə İndoneziyadır. Bu ölkə əhalisinin təxminən 1/3-ü, yaxud 82 milyon nəfəri dövlət qida yardımı alır. Bu ölkədə böyük qida subsidiyaları, eyni zamanda orta təhsil müəssisələri üçün yemək proqramları mövcuddur.

Bu siyahıda yer alan Nigeriya isə təxminən 20 milyon nəfər üçün qida dəstəyini təmin edir. Bu ölkədə ərzaq qiymətləri çox sürətlə artır, üstəlik, kənd təsərrüfatı bölgələrində sabitlik zəifdir və aztəminatlı, yaxud tamamilə gəlirsiz ailələri yeməklərlə təmin etmək üçün dövlət vacib problem kimi bunu etməyə məcburdur.

ABŞ və bir sıra Afrika ölkələri də bu sahədə xüsusi fəallıq göstərirlər. Qlobal problemlərin həllinə yüklənən belə dövlətlər hazırda aclıqla üzləşən belə ailələrə, eləcə də cüzi təminata göz dikən insanlara böyük yardım etmək məqsədilə qida proqramlarını daha da genişləndirirlər.

"Pew Research Center" mərkəzi tərəfindən təqdim olunan infoqrafikaya göyə, əslində, böyük proqramların artım səbəbi inflyasiya, işsizlik, silahlı münaqişələrlə, eyni zamanda da dünyanın ən böyük probleminə çevrilən sosial bərabərsizliklə bağlıdır.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər