Baykal gölündə qəribə səslər eşidilir - Fotolar
Tarix: 24-12-2024 12:45 | Bölmə: Cəmiyyət
Baykal gölündə qəribə səslər eşidilir

Alimlər insanları tez-tez təşvişə salan bir təbiət hadisəsinə və əksəriyyətin "Niyə Baykal gölündəki buz qəribə səslər çıxarır?" sualına nəhayət ki, cavab veriblər. Rusiya tədqiqatçıları maraqlananları əmin ediblər ki, Baykal gölü sahəsində çoxlarının düşündüyü kimi, heç də qeyri-adi səslər çıxaran "Naməlum bir varlıq" yaşamır.

Reyting.az
bildirir ki, Baykal gölündəki buzlaqlardan gələn çox qəribə səslər bu məkanı ziyarət edənləri, həmçinin turistləri daima təəccübləndirir.

Baykal gölünün buzları sanki canlı, həm də həmişə dəyişən unikal bir sistemdir. Gündüzlər günəşli havada buzlar qızır və genişlənir, gecələr isə soyuyub büzülür. Temperaturun qəfil dəyişməsi zamanı isə buz qabığında çatlar əmələ gəlir, bunun da nəticəsində Baykal gölündəki buzlar ayrı-ayrı buz təbəqələrinə parçalanır.



Daha sonra da insanları təəccübləndirən həmin proses başlayır. Nəhəng təbəqələr bir-birinə sürtünməklə, fantastik səslər çıxarır. Bundan əlavə, Baykal gölündəki buz çox şəffaf, eləcə də sıx olduğundan, səs dalğalarını kilometrlərlə yayan böyük bir rezonator rolunu oynayır.

Rusiya ərazisində yerləşən Baykal gölünü yerli sakinlər kimi alimlər də bəzən "sirli səslər məkanı" adlandırırlar. Şərqi Sibirin cənub hissəsində və 31.722 kvadratmetr əraziyə malik tektonik mənşəli göl hesab olunan Baykal planetin ən dərin gölü, ən böyük təbii şirin su anbarı və Avrasiyanın ən böyük şirin su sahəsi sayılır.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
19-12-2024, 12:19 Sabah yağış yağacaq

bütün xəbərlər