Cənubi Koreya “super yaşlı cəmiyyət” kateqoriyasına daxil olub
Tarix: 24-12-2024 18:07 | Bölmə: Cəmiyyət
Cənubi Koreya “super yaşlı cəmiyyət” kateqoriyasına daxil olub

Cənubi Koreyada əhalinin 20 faizi 65 və yuxarı yaşda olan insanlardan ibarətdir.

Reyting.az
xəbər verir ki, Cənubi Koreya Daxili İşlər Nazirliyinin bəyanatına görə, ölkədə 65 və yuxarı yaşda olanların sayı 10,24 milyon nəfərə çatıb.

51,22 milyon əhalinin 20 faizini yaşlılar təşkil etdiyi üçün Cənubi Koreya “super yaşlılar cəmiyyəti” kateqoriyasına daxil olub. Daxili İşlər Nazirliyi əhaliyə yönəlmiş nazirliyin yaradılması ilə tədbirlərin görülməsinə “təcili ehtiyac” olduğunu bildirib.

2017-ci ildə Cənubi Koreya “yaşlılar cəmiyyəti” kateqoriyasına düşüb, çünki 65 və yuxarı yaşda olan insanlar əhalinin 14 faizini təşkil edirdi.

Onu da nəzərə çatdırırıq ki, BMT yaşlı insanların sayının 20 faizdən çox olduğu ölkələri “super yaşlı cəmiyyət” kimi təsnif edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-12-2024, 12:19 Sabah yağış yağacaq

bütün xəbərlər