15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib
Tarix: 27-12-2024 10:41 | Bölmə: Cəmiyyət
Təyyarə qəzasında həlak olan Qoşqar Sadıqov Cəlilabadda dəfn edilib

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovun nəşi ailəsinə təhvil verilib.

Məlumata görə, daha sonra onun nəşi rayonun Mirzəli kəndində dəfn edilib.

Subay olan Q.Sadıqov Qroznıda fəhlə işləyib.

Qeyd edək ki, əvvəlcə onun yaralı və ya həlak olması ilə bağlı dəqiq məlumat yox idi. Onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyən olunub.




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq