15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Biləsuvarda minik maşınları toqquşub - Üç nəfər ölüb (Yenilənib)
Tarix: 28-12-2024 11:23 | Bölmə: Cəmiyyət
Biləsuvarda minik maşınları toqquşub - Üç nəfər ölüb (Yenilənib)

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Məlumata görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır(Report).

***

Biləsuvar rayonunda baş verən ağır yol qəzasında üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.

Bu barədə DİN Mətbuat Xidməti Lənkəran regional qrupundan bildirilib ki, dekabrın 28-də saat 9 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "Vaz" markalı avtomobil toqquşub.

Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, səkkiz nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq