Mərkəzi Xəstəxanaya direktor təyin edilib
Tarix: 28-12-2024 21:04 | Bölmə: Cəmiyyət
Mərkəzi Xəstəxanaya direktor təyin edilib

Qazax Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Bu barədə Qazax Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

Qeyd olunub ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Afiq Fərruxov Qazax Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

O, 2021-2024- cü illərdə Şuşa Modul Tipli Xəstəxanasında və Xankəndi Şəhər Xəstəxanasında anestezioloq-reanmatoloq olaraq çalışıb.

A.Fərruxov 44 günlük Vətən müharibəsində yaralı əsgərlərimizə Salyan Rayon Mərkəzi Xəstəxanasında xidmət göstərib.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq