“Amin Mərdəkanski”ni öldürən şəxsin məhkəməsi başlayıb
Tarix: 06-01-2025 11:13 | Bölmə: Cəmiyyət
“Amin Mərdəkanski”ni öldürən şəxsin məhkəməsi başlayıb

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisindəki çimərlikdə "Amin Mərdəkanski" kimi tanınan Amin Xudaverdiyevi qətlə yetirməkdə təqsirləndirilən Ruhulla Abdullazadənin məhkəməsi başlayıb.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

O, tərcümeyi halını səsləndirərkən ali təhsilli olduğunu, Polis Akademiyasını bitirdiyini deyib.

Məhkəmə cinayət işinin baxışa verilməyi barədə qərar qəbul edib.

Növbəti proses yanvarın 13-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2024-cü il avqustun 7-də baş verib.

Rəsmi məlumata görə, 1972-ci il təvəllüdlü Amin Xudaverdiyevin qəsdən öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-cü il təvəllüdlü Ruhulla Abdullazadənin Mərdəkan çimərliyində şəxsi münasibətlər zəminində Amin Xudaverdiyevi ov silahından atəş açaraq qəsdən öldürdüyü məlum olub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib(Report).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:44 Sabah yağış yağacaq
28-12-2024, 13:02 Sabah yağış yağacaq

bütün xəbərlər