Burun əməliyyatından sonra komaya düşən qadın ölüb
Tarix: 12-01-2025 17:05 | Bölmə: Cəmiyyət
Burun əməliyyatından sonra komaya düşən qadın ölüb

Burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova bu gün vəfat edib.

Bu barədə onun müalicə aldığı xəstəxanadan bildirilib.

N.Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.

Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub(Report).




Bölməyə aid digər xəbərlər
10-01-2025, 13:41 Sabah yağış yağacaq
8-01-2025, 14:30 Zaqatalada körpə ölüb