Xaçmazda əməliyyat: iki nəfər tutulub
Tarix: 16-01-2025 10:38 | Bölmə: Cəmiyyət
Xaçmazda əməliyyat: iki nəfər tutulub

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, rayon sakinləri Kamal Hacıyev və Əlixan İsmayılov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 3 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq