16:26 / 16-01-2025
Rafael Ağayev istefa verib
Çimnaz Sultanovanın ölümü ilə bağlı rəsmi məlumat yayılıb
Tarix: 16-01-2025 15:21 | Bölmə: Cəmiyyət
Çimnaz Sultanovanın ölümü ilə bağlı rəsmi məlumat yayılıb

Bakı Sağlamlıq Mərkəzi aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı rəsmi məlumat yayıb.

Reyting.az
xəbər verir ki, açıqlamada 15.01.1980-ci il təvəllüdlü Heybətova Çimnaz Mütəllim qızının Bakı Sağlamlıq Mərkəzində 2021-ci ildən etibarən (4 il ərzində) altı dəfə tibbi xidmət aldığı bildirilib:

"2021-ci ilin mart, iyul aylarında, 2023-cü ilin iyul ayında, 2024-cü ilin aprel, oktyabr və noyabr aylarında stasionar cərrahi müalicədə olub. İlk müraciət etdikdə qarın boşluğunun böyük ölçülü törəməsi səbəbindən bağırsaq keçməməzliyi diaqnozu ilə qəbul edilib. Böyük ölçülü törəmənin kəsilib götürülməsi, bağırsaq keçməməzliyinin ləğvi əməliyyatı icra edilib. Patohistoloji müayinə zamanı “Leyomiosarkoma” təsdiq edilib. Xəstə kafi vəziyyətdə evə yazılıb və onkoloqun nəzarətinə göndərilib. Onkoloji mərkəzdə radioterapiya qəbul eıdib. Növbəti dövrlərdə eyni xəstəliyin qarın boşluğunun müxtəlif orqanlarına metastazı, bağırsaq keçməməzliyi, kəskin qarın əlamətləri ilə müraciət edib və cərrahi müalicələr alıb. Əməliyyatdan sonra hər dəfə onkoloqun nəzarətinə göndərilib. İkinci əməliyyatından sonra da kimyaterapiya qəbul edib. Sonuncu müraciətində qalça bağırsağının müsariqəsindən inkişaf edən bağırsaq mənfəzini tam tutan, bağırsaq keçməməzliyi yaradan “Qalça bağırsaq müsariqəsinin leyomiosarkoması Grade IV, Qaraciyər, sidik kisəsi, düz bağırsaq, nazik bağırsaq müsariqəsi və peritona metastaslar” diaqnozu ilə stasionar cərrahi müalicədə olunub. Əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılıb. Son günlərdə klinikamıza müraciət etməyib".

Sonda qeyd edilib ki, xəstə özü və xəstəliyi barəsində məlumatların konfidensiallığının qorunmasını tələb edib.




Bölməyə aid digər xəbərlər
Dünən, 14:23 Sabah yağış yağacaq