Nəzrin Mansurlunun burun əməliyyatını edən cərrah həbs olunub
Tarix: 22-01-2025 18:43 | Bölmə: Cəmiyyət
Nəzrin Mansurlunun burun əməliyyatını edən cərrah həbs olunub

Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli şəxs kimi saxlanılan lor cərraha ittiham irəli sürülüb.

Reyting.az
-ın APA-ya istinadla verdiyi məlumata görə, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həkim Sənan Mehdiyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
15-01-2025, 14:23 Sabah yağış yağacaq