14:20 / 29-01-2025
Əli Əsədov səs verib - Foto
11:49 / 29-01-2025
Varis xəstəliyi
20:01 / 28-01-2025
Milli Məclis bəyanat yayıb
Zabuxçay su anbarının tikintisi başa çatıb
Tarix: 28-01-2025 10:00 | Bölmə: Cəmiyyət
Zabuxçay su anbarının tikintisi başa çatıb

Türkiyənin “Cengiz İnşaat” şirkəti Laçın rayonundakı Zabuxçay su anbarının tikintisini başa çatdırıb.

Bunu şirkətin layihə meneceri Əkrəm Tütüncü bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı sahələrinin suya tələbatını ödəmək üçün nəzərdə tutulan su anbarıdır.

Menecer qeyd edib ki, Türkiyə şirkətləri müharibənin izlərini silmək və bölgənin Azərbaycanla iqtisadi inteqrasiyanı təmin etmək üçün həyata keçirilən layihələrə öz töhfələrini verir: “Bu çərçivədə "Cengiz İnşaat" Füzulədən Şuşaya iki avtomobil yolunun (biri Zəfər yoludur), eləcə də Zabuxçay su anbarının tikintisini həyata keçirib, ümumilikdə 3 strateji layihəyə töhfə verib. Azərbaycanda belə layihələr həyata keçirməyə və onun inkişafına töhfə verməyə davam edəcəyik”(Report).

Xatırladaq ki, Zabuxçay su anbarının həcmi 27 milyon kubmetrdir. Anbardan çıxacaq magistral suvarma kanalının suburaxma qabiliyyəti saniyədə 6,2 kubmetr təşkil edəcək. Su anbarının tikintisi ilə Qubadlı və Zəngilan rayonlarında 12,1 min hektar torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər