14:20 / 29-01-2025
Əli Əsədov səs verib - Foto
11:49 / 29-01-2025
Varis xəstəliyi
20:01 / 28-01-2025
Milli Məclis bəyanat yayıb
Rüşvətxorluqda ittiham olunan kapitanın məhkəməsi başlayıb
Tarix: 28-01-2025 11:54 | Bölmə: Cəmiyyət
Rüşvətxorluqda ittiham olunan kapitanın məhkəməsi başlayıb

Rüşvət almaq, qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, kapitan Rəşid Kələntərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Hərbi Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası fevralın 12-nə təyin olunub.

Qeyd edək ki, hərbi hissələrdən birinin zabiti, kapitan Rəşid Kələntərov ötən ilin iyun ayında saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra məhkəmə onun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib.

Rəşid Kələntərov Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya idarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğludur.

O, atasının vəzifəsi və mövqeyindən istifadə edərək hərbi qulluqçuların rüşvət müqabilində xidmət yerlərinin dəyişdirməkdə, təkrar rüşvətalma və təkrar dələduzluqda ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 311.3.1 ( rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) 311.3.2 (təkrar törədildikdə) 178.2.3 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.




Bölməyə aid digər xəbərlər