Teletibb xidmətləri ilə bağlı qaydalar hazırlanır
Tarix: 30-01-2025 11:55 | Bölmə: Cəmiyyət
Teletibb xidmətləri ilə bağlı qaydalar hazırlanır

Azərbaycanda teletibb xidmətləri ilə bağlı qaydalar hazırlanır.

Bunu Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.

Onun sözlərinə görə, həmin qaydalar tətbiq ediləndən sonra hər kəs üçün əlçatan olacaq:

"Hazırda teletiblə bağlı qanunvericilikdə müəyyən tənzimləmələrə ehtiyac var”.




Bölməyə aid digər xəbərlər