Polkovnik və keçmiş bölmə müdiri həbsdən buraxılıb
Tarix: 30-01-2025 12:06 | Bölmə: Cəmiyyət
Polkovnik və keçmiş bölmə müdiri həbsdən buraxılıb

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov ev dustaqlığına buraxılıb.

Məlumata görə, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.

Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər(qafqazinfo).




Bölməyə aid digər xəbərlər