Əfqan Sadıqovun həbs müddəti uzadılıb
Tarix: 31-01-2025 19:08 | Bölmə: Cəmiyyət
Əfqan Sadıqovun həbs müddəti uzadılıb

Tbilisi Şəhər Məhkəməsi jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı həbs müddətini mayın 3-dək uzadıb.

Qərarı hakim Lela Maridaşvili qəbul edib.

İclasda dövlət ittihamçısı Əfqan Sadıqovun qaçması riskinin artdığını, bu səbəbdən onun barəsində seçilmiş ekstradisiya həbs müddətinin uzadılmasını istəyib.

Vəkil Əfqan Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 10 min lari girovla əvəz olunmasını xahiş edib, lakin onun vəsatəti qəbul edilməyib.

Qeyd edək ki, ötən il noyabrında Tbilisi Şəhər Məhkəməsi "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.

Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib(APA)




Bölməyə aid digər xəbərlər