Aysberq turistlərin gözü qarşısında çevrilib
Tarix: 02-02-2025 09:23 | Bölmə: Cəmiyyət
Aysberq turistlərin gözü qarşısında çevrilib

Argentinada aysberq turistlərin gözü qarşısında çevrilib. Bunun nadir hal olduğu bildirilir.

Reyting.az
xəbər verir ki, Argentinada səyahətə çıxmış turistlərin bir qrupu böyük aysberqin çevrilməsini lentə alıblar. Mənbələr videonun "Los Glaciares" Milli Parkında çəkildiyini söyləyirlər.

Məlumata görə, aysberqin hündürlüyü 100 metr, uzunluğu isə hətta yüzlərlə kilometrlərə qədər çata bilər.

Qeyd edək ki, "Los Glaciares" Milli Parkının 30 faizi buzla örtülüdür.

Bildirilir ki, bu fenomen nadirdir, həm də "aysberqin doğulması" kimi tanınır. Çünki buzlaqdan buz parçalarının qopması heç də həmişə baş vermir. Əgər parçanın ağırlıq mərkəzi kifayət qədər yüksəkdirsə, o, hətta buz blokunu çevirə də bilər.

Onu da qeyd edək ki, bundan əvvəl Boston Kollecinin alimləri belə qənaətə gəlmişdilər ki, bu cür tropik buzlaqlar son 11700 ildən çox bir zaman ərzində ən kiçik ölçülərə qədər kiçilməyə başlayıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər