Narkokuryerlərdən 12 kiloqram narkotik götürülüb - Foto
Tarix: 04-02-2025 10:16 | Bölmə: Cəmiyyət
Narkokuryerlərdən 12 kiloqram narkotik götürülüb

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadla bildirir ki, onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb.

Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, A. Qadaşev və E. Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.





Bölməyə aid digər xəbərlər
Dünən, 12:53 Sabah yağış yağacaq