14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Kvant kompüterləri tezliklə əlçatan ola bilər
Tarix: 04-02-2025 15:54 | Bölmə: Cəmiyyət
Kvant kompüterləri tezliklə əlçatan ola bilər

Kvant kompüterlərinin əlçatanlığı üçün onilliklər lazım olmayacaq.

Reyting.az
xəbər verir ki, bunu “Microsoft”un həmtəsisçisi, milyarder Bill Qeyts bildirib.

Qeyts “Nvidia”nın qurucusu və baş direktoru Censen Huanqın proqnozlarını alt-üst edərək belə komputerin yaxın 3-5 ildə əlçatan olacağına işarə edib.

Xatırladaq ki, Huanq keçən ay kvant kompüterlərinin bazara çıxarılmasının 15-30 il çəkə biləcəyini demişdi.

Digər tərəfdən, “Microsoft” 2024-cü ilin noyabrında “dünyanın ən güclü kvant maşını” hazırladığını elan edib. O, cihazın bu il buraxılacağını gözləyir.

“Mən bu işə mütəmadi baxıram. Və bundan çox təsirlənirəm. Amma Censen haqlıdır, bu, daha uzun çəkə bilər. Söhbət kvant kompüterini necə qurmağınızdan və digər kompüterlərin edə bilmədiyi problemləri həll edə biləcək hansı proqram təminatı ixtira etdiyinizdən gedir”,- deyə Qeyts əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq