12:31 / 05-02-2025
Sabah yağış yağacaq
Bakıda iki avtomobil toqquşub, üç nəfər ölüb
Tarix: 05-02-2025 09:20 | Bölmə: Cəmiyyət
Bakıda iki avtomobil toqquşub, üç nəfər ölüb

Bakıda ağır yol qəzası olub.

Hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Samir Paşayevin idarə etdiyi "Saipa" markalı avtomobillə 2003-cü il təvəllüdlü Nazim Musayevin idarə etdiyi "Toyota Prius" markalı avtomobil toqquşub.

Nəticədə "Saipa" markalı avtomobildə olan sərnişinlər Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius"un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

"Toyota Prius"un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı iki maddə üzrə cinayət işi başlanılıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:31 Sabah yağış yağacaq
Dünən, 12:53 Sabah yağış yağacaq