00:24 / 23-03-2025
Azərbaycan millisi uduzub
13:47 / 21-03-2025
Quzu əti - Hekayə
09:45 / 21-03-2025
Rayonlara qar yağıb
Bakıda avtomobil və evlərdən oğurluq edən şəxslər saxlanılıb
Tarix: 06-02-2025 12:32 | Bölmə: Cəmiyyət
Bakıda avtomobil və evlərdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda avtomobil və evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu və paytaxtın digər ərazilərində doqquz avtomobilin şüşəsini sındıraraq oğurluq etməkdə şübhəli bilinən Əli Cəbrayılov saxlanılıb.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı Mərdəkan, Şüvəlan və digər qəsəbələrdə müxtəlif ünvanlarda yerləşən yeddi evdən oğurluq edən Kamal Mustafayev, Rüfət Kərimov, Rəfail Quliyev və dəstənin üzvü olan bir qadın saxlanılıb.

Qeyd edək ki, dəstə üzvləri zərər çəkən ev sahiblərinə ümumilikdə 40 min manat maddi ziyan vurublar.

Araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
21-03-2025, 09:45 Rayonlara qar yağıb