12:36 / 08-02-2025
Sabah qar yağacaq
Vəkilliyə sənəd qəbulu başlayır
Tarix: 06-02-2025 14:52 | Bölmə: Cəmiyyət
Vəkilliyə sənəd qəbulu başlayır

Bu gündən vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün elektron sənəd qəbuluna başlanılır.

Reyting.az
xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası (ARVK) məlumat yayıb.

Bildirilib ki, ARVK üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçirilir.

Belə ki, müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron müraciət üçün Vəkillər Kollegiyasının rəsmi internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, test imtahanının tarixi ilə əlaqədar əlavə məlumat vəriləcək.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Sabah qar yağacaq
Dünən, 12:57 Sabah qar yağacaq
6-02-2025, 10:05 Bölgələrə qar yağır
5-02-2025, 12:31 Sabah yağış yağacaq
4-02-2025, 12:53 Sabah yağış yağacaq