Üç il əvvəl Zaqatalada itkin düşən turistin qalıqları tapılıb
Tarix: 11-02-2025 10:07 | Bölmə: Cəmiyyət
Üç il əvvəl Zaqatalada itkin düşən turistin qalıqları tapılıb

Fevralın 9-da Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci ilin may ayında Zaqatala rayonu ərazisində itkin düşmüş 1993-cü il təvəllüdlü Hindistan Respublikası vətəndaşı Kondaveti Maniqanta məxsus olması ehtimal edilən meyitin qalıqları, ona məxsus əl çantası, bank kartları, mobil telefon və digər şəxsi əşyalar Böyük Qafqaz dağlarının Zaqatala rayonu Car kəndi yaxınlığında "Şamilovka" meşə massivində aşkar edilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, meyitin qalıqları və digər əşyalar yüksəklik ərazidə götürülərək, müvafiq ekspertizalar keçirilməsi üçün adiyyəti üzrə Zaqatala Rayon Prokurorluğuna təqdim olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
8-02-2025, 12:36 Sabah qar yağacaq
7-02-2025, 12:57 Sabah qar yağacaq
6-02-2025, 10:05 Bölgələrə qar yağır