61 ölkə süni intellektlə bağlı bəyannamə imzalayıb
Tarix: 12-02-2025 16:36 | Bölmə: Cəmiyyət
61 ölkə süni intellektlə bağlı bəyannamə imzalayıb

Süni intellektlə bağlı Fransada keçirilən beynəlxalq sammitdə 61 ölkə birgə bəyannamə imzalayıb.

Reyting.az
xəbər verir ki, Fransa, Hindistan və Çin də daxil olmaqla, 61 ölkə “açıq, əhatəli və etik” süni intellektlə bağlı konsensus əldə ediblər.

Yelisey Sarayının açıqlamasına görə, Parisdə keçirilən Beynəlxalq Süni İntellekt Fəaliyyət Sammitində 61 ölkə birgə bəyannaməyə imza atıblar.

Süni intellekt və enerji ilə bağlı sualların ilk dəfə çoxtərəfli şəkildə həll edildiyi bildirilən bəyannamədə süni intellektin biznes sektoruna təsirləri ilə bağlı məlumatlılığın artırılması və bu sektorun gələcəyinə müsbət təsir göstərən texnologiyaların təşviqinin vacibliyi qeyd olunub.

Bəyannamədə bu texnologiyanın daha əlçatan olması üçün süni intellektin idarə edilməsində koordinasiyanın gücləndirilməsi və bazarda inhisarlaşmanın qarşısının alınmasının vacibliyi də vurğulanıb.

Bəyannamədə süni intellektin təhlükəsizliyini və etibarlılığını təmin etmək üçün irəliləyişlərin əldə edilməsinin vacibliyinə diqqət çəkilib və süni intellektin cəmiyyətlər üçün davamlılığının prioritet olduğu bildirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Sabah yağış yağacaq
8-02-2025, 12:36 Sabah qar yağacaq
7-02-2025, 12:57 Sabah qar yağacaq