Nazirin adından istifadə edib milyonlarla pulu ələ keçiriblər
Tarix: 12-02-2025 17:12 | Bölmə: Cəmiyyət
Nazirin adından istifadə edib milyonlarla pulu ələ keçiriblər

İtaliyada fırıldaqçılar məşhur iş adamlarını aldatmaq üçün süni intellektdən istifadə ediblər. Fırıldaqçıları hətta yüksək rütbəli məmurlara da tələ qurublar. Onlar İtaliyanın müdafiə naziri Qvido Krozettonun səsini təqlid etmək üçün süni intellektdən yararlanıblar.

Reyting.az
"Euronews"-a istinadla xəbər verir ki, fırıldaqçılar bir neçə imkanlı şəxsə zəng edib, daha sonra isə onları böyük məbləğdə pulu Honq-Konqdakı hesaba köçürməyə razı sala biliblər. Hətta çox böyük maddi imkanı olan biznesmenlər də cinayətkarların tələsinə düşüb.

Nazirin və onun köməkçilərinin adından istifadə edən fırıldaqçılar qurbanlarla söhbətlərində yığılan pulun Yaxın Şərqdə oğurlanmış italyan jurnalistləri azad etmək üçün girov kimi lazım olduğunu deyiblər.

Qeyd olunur ki, qurbanların siyahısına bir çox məşhurlar daxildir. Bunların sırasında İtaliyanın məşhur "Pirelli" şirkətinin rəhbəri Marko Tronçetti Provera, dizayner Giorgio Armani, "Prada" şirkətinin baş direktoru Patrizio Bertelli, "Ray Ban"-nın qurucusu Del Vekkonun ailəsi və "Milan İnter" futbol klubunun keçmiş prezidenti Massimo Moratti də var.

Morattinin fırıldaqçıların hesabına 1 milyon avroluq iki transfer etdiyi bildirilir.

Hazırda müstəntiqlər fırıldaqçıların göstərdiyi hesabdan vəsaitlərin hara getdiyini öyrənməyə çalışırlar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Sabah yağış yağacaq
8-02-2025, 12:36 Sabah qar yağacaq
7-02-2025, 12:57 Sabah qar yağacaq