16:36 / 19-02-2025
Fuad Muradova hökm oxunub
15 min türkü Almaniyadan çıxarıblar
Tarix: 14-02-2025 11:57 | Bölmə: Cəmiyyət
15 min türkü Almaniyadan çıxarıblar

Bu ilin yanvar ayında 1668 türk qeyri-qanuni yollarla Almaniyaya daxil olaraq sığınacaq istəyib.

Reyting.az
xəbər verir ki, Almaniyanın sərhəd nəzarətini gücləndirməsi nəticəsində sentyabr ayından bəri 47.000-dən çox qeyri-qanuni mühacir geri qaytarılıb. Onların 15 mini türkdür.

Məlumata görə, Polşa, Çexiya, Avstriya və İsveçrədə qapalı vəziyyətdə qalan türklər qeyri-qanuni yollarla Almaniyaya daxil olmaq üçün yollar axtarıblar. Qeyd olunur ki, sığınacaqla bağlı müraciətlərin 92 faizi rədd edilir.

Almaniyanın Miqrasiya və Qaçqınlar İdarəsinin məlumatına görə, sığınacaq üçün müraciətlərin yalnız 8,1 faizinə müsbət cavab verilib. Onların əksəriyyəti FETÖ-ya bağlı şəxslər, PKK tərəfdarları və homoseksual olduqlarını iddia edərək ayrı-seçkiliklə üzləşdiklərini deyənlərdir.

Onu da qeyd edək ki, Avropa Birliyinin qanunlarına görə, sığınacaq müraciətləri ilk daxil olan ölkədə edilməlidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər