16:36 / 19-02-2025
Fuad Muradova hökm oxunub
Ağdamda yük maşını minaya düşüb
Tarix: 14-02-2025 12:13 | Bölmə: Cəmiyyət
Ağdamda yük maşını minaya düşüb

Ağdam rayonunda mina hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilir ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi qeydə alınıb.

Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər