İrandan Azərbaycana narkotik gətirən şəxs tutulub
Tarix: 18-02-2025 11:16 | Bölmə: Cəmiyyət
İrandan Azərbaycana narkotik gətirən şəxs tutulub

İrandan Azərbaycana 8 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Reyting.az-a bildirilib ki, fevral ayının 14-də saat 23:05-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Daxili İşlər Nazirliyi ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.

Ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Əfqanıstan İslam Respublikası vətəndaşı – 2003-cü il təvəllüdlü Abdulnaser Noorzai və cinayətkar qrupun digər üzvü Azərbaycan vətəndaşı – 1986-cı il təvəllüdlü Alıkişiyev Sadıq Tapdıq oğlu saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.




Bölməyə aid digər xəbərlər