Həbsxana rəisi vəzifədən azad olunub
Tarix: 18-02-2025 13:36 | Bölmə: Cəmiyyət
Həbsxana rəisi vəzifədən azad olunub

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət 14 Saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsindən azad edilib.

Məlumata görə, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Həsənov Rövşən Musa oğlu vəzifəsindən azad olunub.

Digər əmrlə, Məmmədov Emil İlyas oğlu 14 Sayli Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin rəisi təyin edilib(.




Bölməyə aid digər xəbərlər