Füzulidə avtomobil traktorla toqquşub - İki yaşlı uşaq ölüb
Tarix: 19-02-2025 10:35 | Bölmə: Cəmiyyət
Füzulidə avtomobil traktorla toqquşub - İki yaşlı uşaq ölüb

Füzulidə traktor minik avtomobili ilə toqquşub.

Reyting.az
xəbər verir ki, hadisə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonu, Alıxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Məmmədov Xəyyam İlham oğlu idarə etdiyi “Mercedes Benz” markalı avtomobili ilə 1997-ci il təvəllüdlü Məhərrəmov Əmrah İbrahim oğlunun “Belarus 892” markalı traktorla toqquşub.

Nəticədə Xəyyam Məmmədovun avtomobilində olan oğlu 2023-cü il təvəllüdlü Rəşad Məmmədov aldığı xəsarətlərdən Füzuli rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır(Report).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq