İsraildə avtobuslarda silsilə partlayışlar olur
Tarix: 21-02-2025 10:15 | Bölmə: Cəmiyyət
İsraildə avtobuslarda silsilə partlayışlar olur

İsraildə avtobuslarda silsilə partlayışlar baş verib.

Reyting.az
bildirir ki, bu barədə “Ynet” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail Nəqliyyat naziri Miri Regev eyni vaxtda üç avtobusda törədilən partlayışlardan sonra bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkətinin dayandırılması barədə göstəriş verib.

“Bütün avtobuslar, qatarlar və yüngül relsli nəqliyyat vasitələri təhlükəsizlik və polis orqanlarının göstərişlərinə uyğun olaraq dayandırılmalı, yoxlanılmalı və tədbir görülməlidir” – göstərişdə deyilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər