Bakıda qardan təmizlik işlərinə 100-ə yaxın xüsusi texnika cəlb edilib
Tarix: 21-02-2025 10:16 | Bölmə: Cəmiyyət
Bakıda qardan təmizlik işlərinə 100-ə yaxın xüsusi texnika cəlb edilib

Bakıda qardan təmizlik işlərinə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, dünən gecədən intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar BŞİH və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar:

"Gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr yaradılıb".

Qeyd edək ki, ümumilikdə bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edəcəkdir.




Bölməyə aid digər xəbərlər