12:22 / 23-02-2025
Sabah yenə qar yağacaq
13:37 / 22-02-2025
Sabah qar yağacaq
Sabah yenə qar yağacaq
Tarix: 23-02-2025 12:22 | Bölmə: Cəmiyyət
Sabah yenə qar yağacaq

Fevralın 24-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Reyting.az
xəbər verir ki, sabah havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 12-17° şaxta, yüksək dağlıq ərazilərdə 19-24° şaxta, gündüz 5-10° şaxta olacaq. Bəzi rayonlarda yollar buz bağlayacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:37 Sabah qar yağacaq