Ukraynanın itkiləri: 46 min ölən, 390 min yaralı, 6 milyondan çox qaçqın var
Tarix: 24-02-2025 09:21 | Bölmə: Cəmiyyət
Ukraynanın itkiləri: 46 min ölən, 390 min yaralı, 6 milyondan çox qaçqın var

Kiyev Rusiya ilə müharibədə hərbi itkilərini gizlədilir, ölənlərin və yaralananların sayı əhəmiyyətli dərəcədə dəyişir.

Reyting.az
xəbər verir ki, bunu britaniyalı jurnalist Pirs Morqan Ukrayna lideri ilə müsahibəsindən sonra yazıb.

P. Morqan qeyd edib ki, hazırda 6 milyondan çox ukraynalı Avropada qaçqın həyatı yaşayır.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ölkənin silahlı qüvvələrinin itkiləri barədə danışarkən fərqli rəqəmlər açıqlayıb. O, Morqanla müsahibəsində bildirib ki, münaqişənin başladığı 3 ildə 45,1 min hərbçi həlak olub, daha 390 mini isə yaralanıb. İki həftə əvvəl isə, o, ölənlərin 46 min, yaralananların isə 380 min olduğunu demişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər
23-02-2025, 12:22 Sabah yenə qar yağacaq
22-02-2025, 13:37 Sabah qar yağacaq