Fransadakı yanğında türk ailənin üç uşağı həyatını itirib
Tarix: 29-04-2025 12:41 | Bölmə: Cəmiyyət
Fransadakı yanğında türk ailənin üç uşağı həyatını itirib

Fransanın Strasburq şəhərində bir türk ailənin evində baş verən yanğında üç uşaq həyatını itirib.

Reyting.az
bildirir ki, Strasburq şəhəri yaxınlığındakı Brumath qəsəbəsində yaşayan İbrahim Kuru və Ayşe Tutan Kurunun evində naməlum səbəbdən yanğın baş verib.

Yanğın zamanı evdə olan 13 yaşlı Ecrin və 11 yaşlı Xədicə Kuru həyatlarını itirib, ağır yanıq xəsarətləri almış 5 yaşlı bacısı Mələk Kuru xəstəxanaya aparılıb. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq Mələk Kurunu xilas etmək mümkün olmayıb.

Yanğınla bağlı araşdırma başlanıb. Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş yanğında 3 uşağını itirən İbrahim və Ayşe Tutan Kuru cütlüyünə zəng edərək başsağlığı verib. Prezident Rəcəb Tayyib Ərdoğanın ailəsinə başsağlığını da çatdıran Göktaş, məsələni yaxından izləyəcəklərini bildirib. Göktaş övladının dəfni üçün Türkiyəyə gəldikləri zaman ailənin yanında olacaqlarını və başda psixososial dəstək olmaqla hər cür yardıma hazır olduqlarını deyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq
23-04-2025, 09:51 Çaylarda sululuq artıb