Sabahın hava proqnozu açıqlanıb
Tarix: 29-04-2025 12:55 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:18 Sabah yağış yağacaq
27-04-2025, 12:35 Sabah yağış yağacaq
23-04-2025, 12:45 Sabah yağış yağacaq