12:46 / 06-07-2025
Sabah yağış yağacaq
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
FHN Kəmaləddin Heydərovun oğluna məxsus obyektin istismarına icazə verib
Tarix: 01-05-2025 16:18 | Bölmə: Cəmiyyət
FHN Kəmaləddin Heydərovun oğluna məxsus obyektin istismarına icazə verib

Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Tale Kəmaləddin oğlunun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ-İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin istismarına icazə verib.

Reyting.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, ümumi sahəsi 1 094,25 kvadratmetr olan bina 3 mərtəbədən ibarətdir.

Qeyd edək ki, FHN inzibati binaya 14 aprel 2025-ci il tarixli 06152 nömrəli istismara hazırlıq rəyi verib.

Məlumat üçün bildirək ki, 3 mərtəbəli obyektin sifarişçisi olan Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur.

Tale Heydərov özünün sosial şəbəkə hesabında bildirib ki, o hazırda “Avropa Azərbaycan Məktəbinin”, “TEAS Nəşriyyat Evinin” və “Libraff” kitab mağazalarının sahibidir. Tale Heydərov eyni zamanda qeyd edir ki, o “Gilan Holdinq”in İdarə heyətinin sədridir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:46 Sabah yağış yağacaq
Dünən, 14:30 Sabah yağış yağacaq