Aprel ayında bank kartlarından 581 min manat oğurlanıb
Tarix: 02-05-2025 14:03 | Bölmə: Cəmiyyət
Aprel ayında bank kartlarından 581 min manat oğurlanıb

Aprel ayı ərzində vətəndaşların bank kartlarından ümumən 581 min manatdan çox pul oğurlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı günlük olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Ən yüksək məbləğdə pul aprelin 9-da oğurlanıb. Həmin gün vətəndaşların bank kartlarından 87 min manatdan çox pul oğurlanıb.

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq