İrandan PUA ilə narkotik keçirmək istəyən iki nəfər zərərsizləşdirilib
Tarix: 02-05-2025 14:03 | Bölmə: Cəmiyyət
İrandan PUA ilə narkotik keçirmək istəyən iki nəfər zərərsizləşdirilib

Aprel ayında İrandan iki pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən iki nəfər sərhəd pozucusu zərərsizləşdirilib.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.




Bölməyə aid digər xəbərlər
28-04-2025, 12:18 Sabah yağış yağacaq